Ötən ay Naxçıvan Muxtar Respublikasında (MR) 29 milyon 721 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Banker.az xəbər verir ki, bu barədə MR-in Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, ixracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 23 milyon 950 min ABŞ dolları təşkil edib, 18 milyon 178 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
2018-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433 manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,1 faiz çoxdur. Məlumat üçün bildirək ki, ölkə üzrə hazırda 541,1 manatdır.