2020-ci ildə Naxçıvan Muxtar Respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 536 manata çatdırılıb.
Banker.az Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu da 2019-cu illə müqayisədə 10.5 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycanda orta aylıq əməkhaqqı 707 manat təşkil edir.