12 C
Baku
Friday, January 10, 2025

Naxçıvanda ötən il sahibkarlara verilən güzəştli kreditin məbləği açıqlanıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli kredit verib.

Bu barədə nazirlikdən bildirilib.

Məumata görə, güzəştli kreditlərin 73 %-i sənaye, 21 %-i kənd təsərrüfatı, 6 %-i isə xidmət sektoruna ayrılıb.

Ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fondun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb, əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər