1 C
Baku
Saturday, December 14, 2024

Naxçıvanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 59.9 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12.3 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19.4 % artaraq 16.6 milyon manat olub.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 16.9 % artaraq 1.5 milyon manata, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11.9 % artaraq 9.3 milyon manata çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər