7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 12% artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 72.4 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8% və ya 7.6 milyon manat artım deməkdir.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17.4% artaraq 19.9 milyon manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 6 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2% artaraq 1.9 milyon manat olub. Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11.3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8.9% artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər