22 C
Baku
Saturday, April 20, 2024

Naxçıvanda terminallarda elektrikdən istifadəyə görə ödənişlər bərpa olunub

Naxçıvanda terminallarda elektrik enerjisinin istehlakına görə ödənişlərin edilməsi bərpa olunub.

Naxçıvanda ödəniş terminallarından digər ödənişlər mümkün olsa da, elektrik və təbii qaz smart kartlarını yükləmək mümkün olmurdu.

Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemlərin aradan qaldırmasına başlayıblar.

Artıq Naxçıvan şəhərindəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil.

Məsələ ilə bağlı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, energetika xidmətinə aid ödənişlər termiallara yenidən inteqrasiya olub, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlər davam edir. Bildirilib ki, məsələ qısa zamanda öz həllini tapacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər