Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-iyul aylarında 1 milyard 652 milyon 55 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2.3% çoxdur.
Banker.az bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitədən verilən məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.7% artaraq 3 563.5 manat olub.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-iyul aylarında 682 milyon 400 min 400 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.2% çoxdur.