Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir.

2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164.7 milyon manatdan çox vergi daxil olub ki, bu da 2022-ci ilə nisbətən 24.2 faiz və ya 32.1 milyon manat çoxdur.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 29.4 faiz və ya 36.6 milyon manat artıb.