Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir.
Banker.az xəbər verir ki, 2023-cü ilin 11 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 150,4 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29 faiz və ya 34,1 milyon manat çoxdur.
Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz və ya 38,6 milyon manat artıb.