16 C
Baku
Monday, April 29, 2024

“Naxçıvansığorta” da bazarda zəifləyir, ötən il geriləmə olub

“Naxçıvansığorta” ASC-nin 2022-ci il üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, ötən il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət 2022-ci ildə 2.333 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci il ilə müqayisədə 7% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 2.509 mln. manat təşkil etmişdir.

Ötən il şirkət tərəfindən ümumilikdə 607 min manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 44% çox olub. 2021-ci ildə bu göstərici 422 min manat idi.

Xatırladaq ki, “Naxçıvansığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır. Şirkətin səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər