4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Nazarbayev Azərbaycana Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu verilməsini təklif edib

Azərbaycana Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu verilə bilər.

Bunu Qazaxıstanın birinci prezidenti, Avrasiya İqtisadi Birliyinin fəxri sədri Nursultan Nazarbayev Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışında bildirib.

“Bu gün COVİD 19 pandemiyası və dünya çağırışları şəraitində bizdən daha çox əməkdaşlıq etmək tələb olunur. Qardaş xalq, qonşu Özbəkistana Avrasiya İqtisadi Birliyi yanında müşahidəçi ölkə statusunun verilməsi ayrıca hadisədir. Digər tərəfdən mən çox illik münaqişədən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasının ürəkdən alqışlayıram. Düşünürəm ki, hamı belə fikirləşir. Bununla yanaşı, əvvəl də dediyimiz kimi Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi Birliyində müşahidəçi ölkə statusu alması üçün danışıqlar aparılmasını mümkün hesab edirəm. Özbəkistan nümunəsi ilhamlandırmalıdır. Düşünürəm ki, Özbəkistan bundan az qazanmadı”,- deyə o qeyd edib.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinin videokonfrans formatında keçirilən Sammitində Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Belarus liderləri iştirak edir. Özbəkistan və Kuba isə Birlikdə müşahidəçi statusuna malikdir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər