Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib.
Banker.az xəbər veirir ki, onun sözlərini RİA Novosti yayıb.
“Mən prezident kimi səlahiyyətlərimi dayandırmaq qərarını verdim”, – deyə Nazarbayev Respublika kanalların canlı yayımında bildirir.
Prezident seçkilərinə qədər dövlət başçısının vəzifələrini Parlament senatının spikeri Qasım – Jomar – Tokayev icra edəcək.
Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.