10 C
Baku
Thursday, December 12, 2024

Nazarbayev qazaxları Sincandan ölkəsinə köçürür – Çin icazə verdi

Çində yaşayan və siyasi diskriminasiyaya məruz qalan müsəlman qazaxlara ölkə vətəndaşlığından çıxıb, Qazaxstana köçməsinə icazə veriləcək.

Banker.az bildirir ki, Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsində yaşayan qazax millətindən olan müsəlman etniklərə vətəndaşlıqdan çıxaraq, Qazaxıstana köç edib, ora vətəndaşlığı almasına icazə verib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Sincan Uyğur Muxtar Vilayətində əksəriyyəti uyğur olmaqla yanaşı, qazax, qırğız və taralar da yaşayır. Müsəlmanlar arasından 2 min qazaxa Çin vətəndaşlığından çıxaraq, ölkəni tərk etməsinə icazə veriləcək.

Onlar Qazaxıstana gələrək vətəndaşlıq alacaqlar.

Qeyd edək ki, Çin vətəndaşı olan qazaxlar Qazaxıstan hökumətinə məktublar yazaraq, Sincanda yaşayan qohum-əqrabaları ilə əlaqə yarada bilmədiklərindən narahat olduqlarını ifadə edib, onlara yardım edilməsini istəyiblər.

Qazaxıstan hökuməti isə öz növbəsində Sincanda müsəlman uyğur, qazax, qırğız və tatarların siyasi diskriminasiyaya məruz qalması ilə bağlı öz narahatlığını Çin rəsmilərinə çatdırıb. Çin hökuməti ilə aparılan danışıqlar nəticəsində təzyiqlərə məruz qalan, məsuliyyətə cəlb olunan qazaxların azad edilməsinə nail olublar. Məhz bu danışıqlar nəticəsində 2 min qazax millətindən olan şəxsə Çin vətəndaşlığında çıxaraq, Qazaxıstana köçmələrinə icazə verilib.

Avropa.info

Son xəbərlər
Digər xəbərlər