Sual oluna bilər ki, dövlətin maliyyə qaynaqları artırsa, niyə bu gün böyük kapital tutumlu layihələrə ehtiyac yaranır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Zərurət var ki, inkişaf olduqca, iqtisadiyyat getdikcə çətinləşir. Həyat səviyyəsi artdıqca gözləntilər də artır. Əhalinin istəkləri, tələbləri artır. Büdcə nə qədər artırsa artsın, onun idarə edilməsi vacibdir. Bu gün xarici bazarlardan cəlb etdiyimiz sərmayələrdən istifadə edə bilməyəcəyiksə, gələcək inkişafımız üçün məhdudlaşdırılmalar olacaq. İctimaiyyətin, xarici kapitalların bu sahəyə marağını artırmaq lazımdır”, – deyə nazir vurğulayıb.