2015- cil ildən 2016-cı ilin mart ayına kimi Təhsil Nazirliyi tərəfindən 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 74 orta məktəb və 1 peşə məktəbində yoxlama aparılıb.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev bildirib ki, yoxlamalar nəticəsində yoxlamalar zamanı əmək haqqının düzgün hesablanmaması, bu prosesdə buraxılan nöqsanlar, maliyyə ilə bağlı məsələlər və bu kimi digər məsələlər aşkarlanıb:
“Nəticədə 3 şöbə müdiri tutduğu vəzifədən azad edilib, 4 müdir barəsində isə intizam tənbehi tədbiri görülüb. Şöbənin 5 əməkdaşı, 3 məktəbdnkənar müəssisəsə və 32 orta məktəb direktoru tutduğu vəzifədən azad olunub.
Şöbənin 27 əməkdaşı və 38 orta məktəb direktoru barəsində digər intizam tənbehi tədbiri görülüb.
Peşə məktəbinin direktor əvəzi və baş mühasibi tutduğu vəzifədən azad edilib. 10643,27 manat məbləğin dövlət büdcəsinə bərpası təmin edilib