“6 ay ərzində ölkədə 60 minə yaxın vətəndaş hər hansı idarəyə getmədən müavinət və pensiyanın təyinatını alıb”.
Bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, vətəndaşların məmurlarla təmasda olması, idarələrə getməsi bizim işimizi çətinləşdirirdi: “Pandemiya dövründə bu, yoluxmaları da artıra bilərdi. Həmçinin 320 min insan elektron şəkildə arayışlarını alıb”.
Nazir qeyd edib ki, ilin sonuna qədər 4 müavinət növü də elektronlaşdırılıcaq.