8 C
Baku
Friday, March 29, 2024

Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır

Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır, lakin onların sabitliyi prioritetdir.

Rusiya mətbuatının məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” çərçivəsində jurnalistlərə bildirib. “İstehsalçı ölkə olaraq bu qiymət, təbii ki, bizi qane edir. Lakin əsas odur ki, bu qiymət sabit olsun. Əsas məqsəd – neftin qiymətinin sabit və proqnozlaşdırıla bilən olmasıdır”, – deyə nazir bildirib.

P. Şahbazov eyni zamanda qeyd edib ki, Azərbaycan neftin qiymətinin daha da yüksək olmasını istəməzdi: “Hesab edirik ki, bu qiymətlər hətta bir qədər aşağı ola bilər. Qiymətlər elə olmalıdır ki, təkcə istehsalçı ölkələr üçün deyil, həm də istehlakçı ölkələr üçün komfortlu olsun”.

Son xəbərlər
Digər xəbərlər