17 C
Baku
Tuesday, May 28, 2024

Nazir Azərbaycanın OPEC+ formatında əməkdaşlıq ilə bağlı mövqeyini açıqlayıb – Yenilənib

Energetika naziri Pərviz Şahbazov Rusiya Enerji Həftəsində iştirak edib.

Banker.az xəbər verir ki, nazir bununla bağlı öz rəsmi Twitter səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, tədbirdə neft bazarının balanslaşdırılması və yaşıl enerjinin inkişafı müasir reallıqlar şəraitində dəyərləndirilib. O, əlavə edib ki, Azərbaycanın da qoşulduğu OPECplus formatında əməkdaşlıq neft bazarının davamlı balanslaşdırılmasının qarantıdır.

Rusiya Enerji Həftəsi qlobal energetikada müasir trendlər, baş verən transformasiya prosesləri və enerji böhranının yaratdığı yeni reallıqlarla bağlı müxtəlif baxışların təqdim edildiyi platforma olub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər