6 C
Baku
Monday, December 16, 2024

Nazir: “Azərbaycanda lüks mallara əlavə vergi tətbiq olunacaq”

Azərbaycanda yaxın vaxtlarda lüks və aksizli mallara əlavə vergi tətbiq olunacaq.

Bunu İtv-yə Maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, sözügedən məsələ ilə bağlı təkliflər hazırlanır və bu günlərdə layihə təqdim olunacaq: “Burada lüks mallar deyəndə tütün və tütün məmulatları, minik maşınların idxal edilməsi daxildir. Sadalananlarda daha yüksək aksizlər, vergilər nəzərdə tutulur. Tətbiq olunacaq vergi hesabına dövlət büdcəsinə əlavə vəsait daxil olacaq”.

Son xəbərlər
Digər xəbərlər