2 C
Baku
Sunday, December 15, 2024

Nazir: Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası üçün tədbirlər görülür

Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görülür.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə telefon danışığı zamanı deyib.

Telefon danışığı zamanı həmçinin iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınması, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü də diqqətə çatdırılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər