-3 C
Baku
Sunday, December 15, 2024

Nazir: “Bir sıra sahələrdə çevik qərar vermə sistemi ilə üzləşəcəyik”

Azərbaycanın bölgədə əldə etdiyi sabitlik, makroiqtisadi, makrofiskal, ilk növbədə siyasi sabitlik, infrastruktur təminatı və təchizatı bizə imkan verir proqnozlaşdıraq ki, indiyə qədər bazarımıza daha az maraq göstərən sənayeləşmiş və ya sənayeni əsas götürən sərmayəçilər Azərbaycan bazarına daxil olsunlar.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bəzi layihələrdə bunu görürük”, – nazir əlavə edib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında fraqmentasiya meyilləri artır, iqtisadi sabitlik pozulur, bir sıra sahələrdə çevik qərar vermə sistemi ilə üzləşəcəyik, çünki bəzi konstruksiyalar artıq böyük çağırış altında olacaq.

“Birmənalı olaraq “Böyük Qayıdış”ın bizim üçün iqtisadi artım drayveri kimi qalmasını proqnozlaşdırırıq.

Nəqliyyat-logistika sektoru dünyada da təzyiq altındadır, amma bölgədə tektonik dəyişikliklər baş verir. Rusiya və Qərbi Avropa arasında nəqliyyat kəsintisi şərqlə Avropa arasında zəruri olan malların daşınmasına yaratdığı təzyiqlər Azərbaycan üçün imkandır və bunu öz addımlarımızda, strategiyalarımızda nəzərə alırıq”, – M.Cabbarov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər