12 C
Baku
Sunday, March 3, 2024

Nazir: “Devalivasiya mənfi təsir etdi”

Samir Şərifov bildirir ki, Azərbaycan iqtisadiyyatını regionda baş verən proseslərə uyğunlaşmalıyıq.

“Enerji daşıyıcısı olan ölkələr kimi Azərbaycan da iqtisadi proseslər zamanı çətinliklər üzləşib. Biz regionda baş verən hadisələrə uyğunlaşmalıyıq. Ölkədə baş verən devalivasiya bank və maliyyə sektorunda mənfi təsir edib”.

Bunu maliyyə naziri Samir Şərifov bu gün Bakıda keçirilən sığorta forumunda söyləyib. Nazir bildirib ki, Azərbaycanda devalvasiya sığorta sahəsinə də mənfi təsir edib:

“Sığorta şirkətləri təhlükələri qiymətləndirməlidir. Dövlət Sığorta Xidməti Nəzarəti və Maliyyə Nazirliyi sığorta bazarının genişlənməsi üçün birgə iş aparır. Biz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə birgə Azərbaycan iqtisadiyyatının qiymətləndirilməsini hazırlamışıq. Bu göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanda sığorta bazarı sabit və dayanaqlıdır. Sadəcə olaraq yerli şirkətlər istehlakçılarla düzgün iş qurmalıdır”.

Samir Şərifov sığorta sahəsində qeydə alınan nöqsanları aradan qaldırmaq üçün Maliyyə Nazirliyinin müvafiq tədbirlər planı hazırladığını söyləyib. Nazirin sözlərinə görə, bu plada istehlakçıların hüquqlarının qorunması məsələsinə xüsusi diqqət yetirilib: “Sığorta sektorunda etibar və nüfuz önəmlidir. Ona görə də şirkətlər sığorta sahəsindəki boşluqlara nəzarəti, həmçinin xidmət keyfiyyəti artırılmalıdır. Sığorta agentlərinin aşağı işi də sığorta şirkətlərini sarsıdır. Bu problemləri həll etmək üçün ciddia addımlar atılır”, deyə nazir əlavə edib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər