9 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Dünya İqtisadi Forumu startaplarımızı yüksək qiymətləndirib”

Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatında Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında əldə etdiyi müsbət nəticələr yüksək qiymətləndirilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşma və bu sahələrdə qəbul edilmiş sənədlərin əhəmiyyəti xüsusi vurğulanır. Bu nəticələr biznes mühitinin təkmilləşdirilməsi, rəqabətədavamlı iqtisadiyyatın dəstəklənməsi və müasir həllərin tətbiqi istiqamətində aparılan islahatların effektiv reallaşmasını ifadə edir”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər