Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.
Belə ki, o, İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
Bu barədə xəbəri ilk avtosfer.az saytı yayıb.