“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yeni imkanlar yaranıb”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raun ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Ermənistan tərəfindən Azərbaycanın sülh təklifinə bir ildən artıq müddətdir ki, müsbət reaksiya verilməyib. Bir ay bundan əvvəl də biz təkliflər vermişik. Azərbaycan tərəfi bununla bağlı da cavabı gözləməkdədir“, – o vurğulayıb.