6 C
Baku
Sunday, December 15, 2024

Nazir: Ermənistanla Azərbaycan arasında birbaşa ikitərəfli danışıqlar müsbət nəticələr verir

Maltanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində son məlumatlar verilib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri vurğulayıb ki, bu kontekstdə iki ölkə arasında birbaşa danışıqlar müsbət nəticələr verir.

“Son altı ayda sülh quruculuq işləri yolunda addımlar buna sübutdur. Müsbət inkişaf kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasını, 90-cı illərdən işğal altında olan dörd kəndin Azərbaycana qaytarılmasını göstərmək olar”, – nazir deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər