22 C
Baku
Sunday, May 26, 2024

Nazir: Fransada bəzi müəssisələrin müflisləşməsi qaçılmazdır

Müflisləşən müəssisələr olacaq, müflisləşmə qaçılmazdır. Müflisləşməyin mümkünlüyünü heç vaxt gizlətmirdim. Bəzi kiçik müəssisələr, eləcə də ticarət sahəsində müflisləşənlər olacaq. Qarşıdan gələn aylarda bir çox müəssisələrin xəzinəyə ödəmə problemləri ilə üzləşəcəyimiz anlara hazırlaşmalıyıq.

Bu barədə Fransa İqtisadiyyat naziri Brüno Lö Mer deyib.

O qeyd edib ki, iqtisadiyyat sahəsində daha böyük çətinliklər qarşıdadır. Nazir mədəniyyət işçilərinin mayın 11-dən işləməyə başlamasını arzu etdiyini bildirib. O, insanların çox toplaşdığı restoran, kafe, bar kimi ictimai məkanların açılmasına dair qərarın mayın sonunda veriləcəyini diqqətə çatdırıb. Belə məkanlarda sanitar və fiziki məsafə qaydalarına riayət olunması üçün qaydalar müəyyən edilməlidir.

Nazir iqtisadiyyatın 3 əsas sektorunun – turizm, hava nəqliyyatı və avtomobil sənayesinin çox kövrək olduğunu bildirərək bu sahələrdə kütləvi şəkildə işdən çıxarılmadan yayınmaq üçün onlara dəstək tədbirlərinin göstəriləcəyini deyib. O, hava nəqliyyatı və avtomobil sənayesi sahələrində minlərlə insanın işlədiyini və onların işlərini itirmək təhlükəsində olduğunu vurğulayaraq indidən bu sahələrdə çalışanlar üçün dəstək planı, sərmayə fondu yaratmağın vacibliyini bildirib. Deyib ki, bütün kiçik müəssisələr 3 aylıq icarə haqqını ödəməyəcək, digər müəssisələr isə həmrəylik fondundan bəhrələnəcəklər.

O, bəzi müəssisələrdə hissəvi işsizliyin tədricən aradan qaldırılmasından da danışıb. Hissəvi işsizliyin müvəqqəti olduğunu bildirən nazir diqqətə çatdırıb ki, Fransanın işə, fəaliyyətə ehtiyacı var. Ölkə güclü iqtisadi fəaliyyəti bərpa etməlidir. Ancaq sanitar rejimə görə fəaliyyətini bərpa etməyən müəssisələr üçün hissəvi işsizlik olduğu kimi davam etdiriləcək.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər