Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşı, Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev vəzifəsindən azad edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Rasim Mustafayev Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazovun müvafiq əmri ilə işdən çıxarılaraq, sərəncama götürülüb (təqaüdlədə bağlı ola bilər – dəqiqləşdirmə aparılacaq).
11:57- Banker.az-ın apardığı dəqiqləşdirməyə görə, Rasim Mustafayev Nazir Vilayət Eyvazovun müvafiq əmri ilə nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.