21 C
Baku
Monday, April 29, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ arasında dəyirmi masa keçirilib

Azərbaycan innovasiya ekosisteminin inkişafı istiqamətində dövlət-özəl tərəfdaşlığına dair birgə fəaliyyət planı geniş çevrədə müzakirə olunub.

Məlumat üçün bildiririk ki, bu gün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ arasında görüş təşkil olunub.

Görüşdə innovasiya və startap ekosisteminin cari durumu, müasir çağrışlar, problemlər və yeni imkanlar istiqamətində geniş fikir mübadiləsi aparılıb. ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun təsisçisi Fərid İsmayılzadə geniş təqdimatla çıxış edərək vençur studio və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətini önə çəkib.   ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun fəaliyyətindən danışan Fərid İsmayılzadə Azərbaycan, Gürcüstan və Orta Asiyada həyata keçirilən layihələrdən, ilkin inkişaf fazasında olan startaplara göstərilən toxum maliyyəşməsindən və beynəlxalq əməkdaşlıqdan danışıb.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə tərəfdaşlığı çərçivəsində investorlar üçün təlim proqramlarının, beynəlxalq mübadilə görüşlərinin maliyyələşdirilməsi, şərikli investisiya imkanlarının dəstəklənməsi və sözügedən klubun fəaliyyətinin təşviq olunması istiqamətləri müzakirə olunmuşdur.

Görüşdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin respublikanın innovasiya ekosistemi üçün olduqca əhəmiyyət kəsb etdiyini vurğulayıb. ‘’Səsləndirilən istiqamətlər üzrə  ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə birgə layihələrin həyata keçirilməsini labüd sayıram. Məqsədimiz ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan vermək, biznes mühitinin optimallaşdırılmasına, yerli layihələrin xarici bazarlara çıxarılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə nail olmaqdır. Bu istiqamətdə potensial tərəfdaşlarla daha da yaxından əməkdaşlıq etmək niyyətindəyik’’, – Rəşad Nəbiyev.

 

Tədbirdə yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, ‘’Technovate-Sabah Mələk investorlar klubu’’nun təsisçiləri və investorlarları və media nümayəndələri iştirak edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər