10 C
Baku
Friday, December 13, 2024

Nazir: “Kənd təsərrüfatında rəqəmsal texnologiyalardan istifadə ediləcək”

“Məqsədimiz kənd təsərrüfatının iqtisadiyyata qatqısını artırmaqdır və bunun üçün rəqəmsal texnologiyalardan istifadə ediləcək”.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Fermerlərin və ümumilikdə regionların inkişafına nail olmaq üçün komandamızla əlimizdən gəldiyi qədər ilə bu yolda çalışacağıq”, – deyə o qeyd edib.

“Bir neçə gün bundan əvvəl elmi tədqiqat institutlarında oldum. Əsas tapşırığım o oldu ki, su qıtlığına davamlı bitkilərin yetişdirilməsi istiqamətində araşdırmalar genişləndirilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə su qıtlığı ilə bağlı komitə yaradılıb. O çərçivədə fəaliyyətimizi davam etdirəcəyik”- deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər