7 C
Baku
Tuesday, January 21, 2025

Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb.

Görüşdə elm və təhsil naziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi məsələlərindən söz açıb.

Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onların həlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsas məsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.

Görüşdə valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsi, bu əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib, həmçinin innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.

Son xəbərlər
Digər xəbərlər