6 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: “Air Serbia”ya Bakıya reys həyata keçirməsi üçün xüsusi endirimlər təklif olunub”

“Air Serbia” aviaşirkətinə Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi endirimlər təklif olunub.

Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

O qeyd edib ki, birbaşa uçuşlar vətəndaşlar və biznes dairələri arasında mühüm rol oynayır: “Azərbaycan və Serbiya mülki aviasiya orqanları arasında mövcud razılaşmalara əsasən həftədə 21 reys yerinə yetirilə bilər. Təəssüf ki, indiyə qədər müntəzəm reys yerinə yetirilməyib. “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə parkının məhdudluğu ilə əlaqədar yaxın müddətdə Bakı ilə Belqrad arasında müntəzəm uçuşlara başlanması nəzərdə tutulmur. Əgər “Air Serbia” Belqrad-Bakı uçuşları ilə bağlı müraciət edərsə lazımi dəstək göstəriləcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər