15 C
Baku
Friday, March 29, 2024

Nazir müavini: “Azərbaycanda buğda ilə özünü təminat məsələsi aktuallaşıb”

Dünya bazarında baş verənlər Azərbaycanda ərzaq təhlükəsizliyini, o cümlədən buğda ilə özünü təminat məsələsini aktuallaşdırıb.

Bunu Bakıda keçirilən “Global Grain Outlook 2022″ adlı XII Beynəlxalq Taxıl Ticarət Konfransında kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib.

Onun sözlərinə görə, son vaxtlar iqlim dəyişiklikləri, koronavirus (COVID-19) pandemiyası və regiondakı münaqişələr qlobal ərzaq bazarları üçün ciddi təhddidlər yaradıb, təchizat zəncirinin qırılmasına gətirib çıxarıb. “Bütün bu amillər bir çox ölkələrin ərzaq təhlükəsizliyi üçün təhdidlər yaradır. Bu vəziyyətdən çıxış yeni yanaşmaların və çağırışların varlığını tələb edir. Bu konfransın belə bir şəraitdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Rusiya, Türkiyə və Qazaxstan kimi qlobal oyunçuların burada olması isə onun əhəmiyyətini daha da artırır. Bu platforma həm də istehsalçı və istehlakçıların maraqlarını nəzərə almaqla taxılın ədalətli qiymətinin müəyyən olunması üçün əhəmiyyətli meydandır”, – deyə o, qeyd edib.

Nazir müavininin sözlərinə görə, hazırda ölkəmiz buğdaya olan tələbatını qismən idxal hesabına təmin edir, bu məsələdə Rusiya və Qazaxıstan əsas tərəfdaşlardır: “Bununla belə, Azərbaycan son illər taxıl istehsalının artırılmasına ciddi diqqət yetirir. Müasir irreqasiya, ehtiyatlara qənaət etmə texnologiyaları sayəsində ərzaqlıq buğda istehsalının atırılması nəzərdə tutulur. Bundan başqa, istehsalçıları stimullaşdırmaq üçün əkinə və məhsul yığımına subsidiyaların verlməsi planlaşdırılır. Yerli istehsalçıların maraqlarının qorunması məqsədilə ərzaqlıq buğdanın minimal qiyməti müəyyən edilib. Həmin mexanizm keyfiyyətli toxum istehsalını və taxılçılıqda yeni innovativ texnologoyaların tətbiqi hesabına sertifikatlaşmış toxumların istifadəsinin genişləndirilməsini stimullaşdıracaq. İşğaldan azad olunmuş ərazilər ölkənin buğda ilə təminatında yeni imkanlar açıb. Ölkədə buğda istehsalının artırılması ilə yanaşı iri logistik inftastruktur, buğdanın saxlanılması və emalı üçün elevatorlar şəbəkəsi yaradılıb. Logistika infrastrukturunun isə limanlara yaxın olması un istehsalçıları üçün geniş imkanlar yaradır. Son vaxtlar Azərbaycanın vacib nəqliyyat dəhlizinə çevrilməsi faktı beynəlxalq logistikada hab rolu oynaması Qara dəniz, Asiya və Yaxın Şərq bazarları arasında əlaqə yaratmağa imkan verir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər