1 C
Baku
Saturday, December 14, 2024

Nazir müavini: “İlk dəfə dövlət və özəl sektorda əmək müqavilələrinin sayı bərabər olub”

Azərbaycanın müstəqillik tarixində ilk dəfə dövlət və özəl sektorda bağlanılan əmək müqavilələrinin sayı bərabərləşib.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.

“Bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir. Eyni zamanda, bu fakt ölkədə özəl sektorun əhəmiyyətini və imkanlarını vurğulayır. Özəl müəssisələrin sayının davamlı artımı və inkişafı onların Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamasından xəbər verir. Bu tərəqqi dövlət və özəl sektor arasında əməkdaşlıq üçün yeni perspektivlər açır, ölkənin iqtisadi sabitliyinə və yüksəlişinə töhfə verir”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər