14 C
Baku
Thursday, November 7, 2024

Nazir müavini parlamentdə hesabat verir – Yenilənib

Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.

Məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Onun sözlərinə görə, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb.

O, nazirliyə daxil olan 80359 bələdiyyə aktının, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 4504 müraciətin araşdırılması ilə bağlı görülən müvafiq tədbirləri, aparılan təhlilləri deputatların diqqətinə çatdırıb.

Nazir müavini qeyd edib ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb, bələdiyyələrin maarifləndirilməsi davam etdirilib, bələdiyyə işçilərinin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb.

V.Zahirov daa sonra bildirib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.


Saat 11:57

Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin 2021-ci ildəki fəaliyyəti haqqında hesabat dinlənilir.

Bununla əlaqədar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb.

Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

MənbəModern
Son xəbərlər
Digər xəbərlər