10 C
Baku
Friday, December 13, 2024

Nazir müavini: “Qanunvericilik imkan verir ki, əvvəlki illərdən büdcədə qalan qalıqlar gəlir kimi qəbul edilsin”

“Bugünkü mövcud qanunvericilik imkan verir ki, əvvəlki illərdən büdcədə qalan qalıqlar gəlir kimi qəbul edilsin”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bunun büdcə kəsrinin maliyyələşməsi üçün qəbul edilməsi üçün hazırda beynəlxalq təcrübə öyrənilir: “Digər tərəfdən, uçotda uyğunsuzluqların aradan qaldırılması üçün iş gedir. Biz gələcəkdə bunun aradan qaldırılmasına nail olacağıq”.

Nazir müavini diqqətə çatdırıb ki, son illər ixracatçıların ƏDV-ni büdcəyə qaytarması məsələsi xeyli artıb: “Son nəticədə saldo yenə də mənfi olduqda büdcədə əvəzləmələr aparılır. Bu proses də əmlak və gəlir vergisi sahəsində hesablamalara görədir. Rüsumlar sahəsində geriləmə var. Bu, çoxşaxəli sahədir. 2022-ci ildə biz əvvəlki yığım sxemini dəyişdik. Ona görə rüsumdan daxilolmaların səviyyəsi daha aşağı olub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər