Azərbaycan Prezidenti Xarici İşlər Nazirinin müavini vəzifəsində işləyən Mahmud Məmmədquliyevi təltif edib.
Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinad edir.
“Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.”-deyə sərəncamda bildirilir.
Qeyd edək ki, M.Məmmədquliyev 1993-cü ildən indiyə kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini vəzifəsini icra edir.
O, 1995 – 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur. M.Məmmədquliyev həmçinin Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.
Eyni zamanda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.