10 C
Baku
Wednesday, December 11, 2024

Nazir: “Pandemiyadan çıxışla bağlı həyata keçirilən epidemioloji tədbirlər iqtisadi artıma səbəb olub”

“2021-ci ildə pandemiyadan çıxışla bağlı Azərbaycanda həyata keçirilən uğurlu epidemioloji tədbirlər və böhranın idarə edilməsi iqtisadi artıma səbəb olub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, ölkənin əsas hədəfləri, iqtisadi inkişafın dinamikası məhz 2020-ci ildə baş verən hadisələrdən qaynaqlanırdı: “2020-ci ildə koronavirus pandemiyasına görə, qlobal miqyasda iqtisadiyyatda böhran yaşanırdı. Bu böhranı bütün dünya iqtisadiyyatı eyni vaxtda yaşayırdı. Bizim əsas məqsədimiz 2020-ci il üçün ölkə iqtisadiyyatının dərin böhrana enməməsi, tənəzzülün qarşısının alınması, iş yerlərinin qorunub-saxlanması, həmçinin iqtisadiyyatın qorunub-saxlanması idi”.

M.Cabbarov qeyd edib ki, bütün bunları nəzərə alaraq 2020-ci ildə Azərbaycanda kifayət qədər geniş və əhatəli iqtisadiyyata dəstək proqramı işə salınıb:

“Muzdlu işçilərin əməkhaqlarına dəstək proqramları həyata keçirilib. 1 miyard manata yaxın kredit portfeli ilə əhatə olunan kiçik və orta sahibkarlara faiz subsidiyaları tətbiq edilib, dövlətin zəmanəti ilə verilən güzəştli kreditlərin həcmi artırılıb”.

Son xəbərlər
Digər xəbərlər