24 C
Baku
Friday, April 26, 2024

Nazir pensiyaların artırılmasından danışıb

“Son 3 ildə ölkədə əmək müqavilələrinin sayı 400 min artıb. Həmin müqavilələrin 300 mini özəl sektorun payına düşür”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu gün DSMF-nin gəlirlərində və əhaliyə ödənişlərində büdcə və qeyri-büdcə sektorunun payı qoruna bilir. Gələn il əmək pensiyaları üzrə ümumilikdə 71 milyon manat artım planlaşdırılır”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, əsassız və saxta pensiya işlərinin qarşısının alınması ilə bağlı işlər davam etdirilir.

S.Babayev vurğulayıb ki, bu da pensiya sisteminin şəffalaşdırılması istiqamətində atılan növbəti addımdır: “Ötən dövr ərzində DSMF-nin 66 xidməti tam elektronlaşıdırılıb. Bu rəqəm də ildə-ilə genişləndiriləcək”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər