10 C
Baku
Wednesday, December 11, 2024

Nazir: Pulu evdə saxlamayın, oğurlana bilər

Rusiya üzən məzənnəyə bir xeyli əvvəl qərar verib, keçidə uyğun şəraitlərini tənzimlədilər. Bizdə isə Mərkəzi Bank tərəfindən isə üzən məzənnəyə keçid ötən ilin dekabr ayında baş verdi. Mərkəzi Bank tərəfindən üzən məzənnə ilə bağlı yenə də işlər aparılır. Amma mən isə elə düşünürəm ki, bunu bazar müəyyən etməli idi, bank deyil.

Bunu ANS müsahibəsində ölkənin maliyyə naziri Samir Şərifov Mir Şahinə eksklüziv müsahibəsində deyib.

Nazir əhaliyə pulu evdə saxlamamağı məsləhət görüb:

Hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manata olan hörmət yenidən bərpa olunsun. Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. İstiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Böyük məbləğdə pulun evdə saxlanılması riskdir, oğru gələ bilər, yanğın ola bilər”.

oxu.az

Son xəbərlər
Digər xəbərlər