9 C
Baku
Friday, December 13, 2024

Nazir: “Qadınlarla kişilərin əmək haqqında fərq var”

“Son 4 ildə minimum əmək haqqı 2 dəfə, orta əmək haqqı 4 dəfə artıb”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, median əmək haqqı son 4 ildə 75 faiz artıb:

“Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb, hazırda 14 min aktiv vakansiya var. Ən əsası median əmək haqqının artırılması məsələsidir. Median əmək haqqı aşağı gəlirli insanlar üçün çox əhəmiyyətlidir”.

Nazir vurğulayıb ki, hələ də qadınlarla kişilər arasında əməkhaqlarında fərq qalır:

“Bu məsələnin həllini tapması üzərində iş aparılır. Eyni zamanda, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır. Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq. Aktiv məşğul əhalinin ən azı yarısının işlə təmin olunması nəzərdə tutulub”.

Son xəbərlər
Digər xəbərlər