6 C
Baku
Sunday, December 15, 2024

Nazir: “Qiymət volatilliyinə baxmayaraq, təbii qaz münasib mənbə kimi qalacaq”

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan bəhs edib. Bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib. Bildirilib ki, iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyi də zəruridir.

“Kotirovkaların volatilliyinə baxmayaraq, təbii qaz etibarlı elektrik enerjisi istehsalı, eləcə də enerji sistemlərinin balanslaşdırılması üçün münasib mənbə kimi qalmaqda davam edəcək”, – nazir bildirib.

Təbii qazın iqlim neytrallığı hədəfinə doğru körpü olduğunu vurğulayan energetika naziri qiymət sabitliyi üçün bu enerji növünə lazımi dəstəyin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, 22 fevral tarixində GECF-in dövlət və hökumət başçılarının VI Sammiti keçiriləcək.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

Son xəbərlər
Digər xəbərlər