Türkiyə ilə Rusiyanın Mərkəzi bankları ticarətdə dollardan imtina ilə bağlı görüşlər keçirir.
Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Rusiya ilə Türkiyə ticarətdə rubl və lirədən istifadə edilməsi ilə bağlı görüşdüklərini və hər iki ölkənin Mərkəzi banklarının bu istiqamətdə müzakirələr apardıqlarını deyib.
Banker.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatına xəbər yayılıb.
“Yaşanan təyyarə böhranı zamanı hər iki ölkə zərər görmüşdü. Bu müddətə biz inciklik dövrü deyə bilərik”, – deyə nazir sözlərinə əlavə edib.
Oktyabrın 8-də Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşəcəklərini xatırladan nazir iki ölkə arasında sərbəst ticarət anlaşmasının əldə edilməsi üçün texniki görüşlərin başladığını deyib.
Zeybəkçi rus qonaqlarına Türkiyədə rubldan istifadə etməyi də tövsiyə edib.