18 C
Baku
Monday, September 16, 2024

Nazir: “Rusiya-Ukrayna müharibəsi Orta Dəhlizin əhəmiyyətini artırıb”

Rusiya və Ukrayna arasındakı müharibə Şimal Nəqliyyat Dəhlizi üçün riskləri formalaşdıraraq, alternativ olan Orta Dəhlizin həm məsafə baxımından, həm də yük daşımalarının vaxtı və təhlükəsizliyi kontekstində əhəmiyyətini artırıb.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazirin sözlərinə görə, Orta Dəhlizin marşrutu bütün dünya ticarətinin 30%-ə qədərini əhatə edən regionlardan keçir.

“Bu gün Çindən Avropaya yola düşən yük qatarı Orta Dəhliz boyu 7 min km məsafəni 12 günə qət edir. Eyni qatar 12 gün ərzində 10 min km. yol qət edərək Şimal marşrutu ilə Rusiya ərazisindən keçməklə Çindən Avropaya mal çatdıracaq. Əgər yükdaşıma Süveyş kanalı ilə Cənub dəhlizi boyunca həyata keçirilərsə, o zaman Avropadakı müştərilər Asiyadan 20 min km məsafəyə çatdırılma üçün 45-60 gün gözləməli olacaqlar”, – nazir bildirib.

Adil Karaismailoğlunun sözlərinə görə, bu göstəricilər Orta Dəhliz üzrə yükdaşımaların rentabelliyini vurğulayır.

Nazir əlavə edib ki, bu ilin əvvəlindən aprelin sonunadək Orta Nəqliyyat Dəhlizi ilə 1 mln. tondan çox yük daşınıb: “Türkiyə ilə Çin arasında dəmir yolu ilə yüklərin çatdırılma müddətini 12 gündən 10 günə endirməyi planlaşdırırıq. Biz Türkiyənin tranzit imkanlarına diqqət yetirəcəyik ki, bu da bütün regionda ticarətin inkişafına töhfə verəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər