“Yeni növ koronavirusa qarşı peyvənd könüllü olacaq”.
Bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bu gün keçirdiyi brifinqdə deyib.
“Tibb işçiləri də könüllü peyvənd olunacaqlar”, – deyə nazir vurğulayıb.
M. Muraşko qeyd edib ki, bütün hallarda peyvəndlənmə könüllü olacaq.
Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.