21 C
Baku
Tuesday, May 21, 2024

Nazir: “Söyüdlüdə götürülən nümunələrdə ağır metalların göstəricisi normadan yüksəkdir”

Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yeraltı sulardan 18 nümunə götürülüb.

Bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Micon” beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri görüşdə deyib.

Nazir bildirib ki, monitorinq zamanı codluq və bulanıqlılıq, həmçinin ağır metalların normadan yüksək olduğu aşkarlanıb.

M. Babayev bildirib ki, norma 0,005 olduğu halda bir nöqtədə sionidin miqdarı 0,013 olub: “Həmçinin 32 nöqtədə torpaqdan 32 nümunə götürülüb ki, burada göstəricilər norma daxilidə olub. Lakin ağır metalların göstəricisi yüksəkdir. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb. Torpaqda ağır metalların tərkibinin çox olması filizləşmə zonası ilə xarakterizə edilir”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər