“Təhsil sahəsinin inkişafı hökumətin prioritetlərindən biridir və ildən-ilə bu vəsait artırılır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Nəzərə almalıyıq ki, 2020-ci ildə bizim ÜDM-də bir qədər azalma baş verib. Amma buna baxmayaraq xərclərin artırılması istiqamətində də addımlar atılmaqdadır. Prezidentin tapşırığı ilə təhsil sahəsində yaxın vaxtlarda yeni qərarların qəbul edilməsi nəzərdə tutulur”, – deyə S.Şərifov bildirib.