6 C
Baku
Sunday, December 15, 2024

Nazir: TAP Azərbaycan qazını Avropanın 10-dan çox ölkəsinə nəql edə bilər

Trans-Adriatik boru kəməri (TAP) Azərbaycan qazını Avropanın 10-dan yuxarı ölkəsinə nəql edə bilər.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliya mediasına müsahibəsində deyib.

“TAP Avropanın enerji təchizatını ən çətin zamanlarda diversifikasiya edərək təbii qazın etibarlı mənbədən fasiləsiz tədarükünə zəmanət verən strateji layihədir. Çox qısa müddət ərzində tam rejimdə fəaliyyət göstərən TAP ötən il Avropaya qaz tədarüklərini 40 faiz artıraraq 11.4 milyard kubmetrə çatdırıb. Bu həcmin 84 faizi və ya 9.6 milyard kubmetri təkcə İtaliyanın payına b düşüb. TAP artıq özünü enerji təchizatı və ətraf mühitin mühafizəsinə imkan yaradan layihə kimi göstərərək həmçinin enerji təhlükəsizliyinə xidmət edir. TAP Azərbaycan qazını Avropanın 10-dan yuxarı ölkəsinə nəql etmək perspektivinə malikdir və dayanıqlı enerji təhlükəsizliyi üçün bu layihənin inkişafı vacibdir”, – o deyib.

P.Şahbazov əlavə edib ki, “REPowerEU” planı, habelə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə yenilənmiş sənəd TAP-ın rolunun gücləndiyini vurğulayır.

“Bu gün biz Avropaya təbii qaz tədarüklərinn artırılması üzərində çalışırıq. TAP daima avropalı tərəfdaşlarımı üçün “təhlükəsizlik yastığı” rolundadır və ümid edirəm ki, onlar bu layihənin inkişafı üçün səyləri gücləndirməyin vacibliyinin fərqindədir”, – deyə P.Şahbazov vurğulayıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər