7 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Yaxın gələcəkdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəliyi fəaliyyətə başlayacaq”

Yaxın gələcəkdə Azərbaycanın İstanbuldakı konsulluğunda ticarət nümayəndəliyi tam fəaliyyətə başlayacaq.

Bu barədə Bakıda keçirilən Azərbaycan-Gurcüstan-Türkiyə biznes forumunda çıxış edərkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, öz növbəsində, türk iş adamlarının Azərbaycanda olması iki ölkənin iqtisadi münasibətlərinə daha böyük təkan verəcək.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,5 mlrd. ABŞ dollarına yaxın olub. Ölkələr 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər