Nazirlər Kabineti rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib

Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib.

NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında deyib ki, saytın adının dəyişdirilməsi təkmilləşdirmə işləri ilə əlaqədardır:

“Hazırda Nazirlər Kabinetinin saytı yeni və əvvəlki adla paralel olaraq fəaliyyət göstərir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin rəsmi internet resursunun adı dəyişdirilib. Bununla da qurum nk.gov.azdomeni ilə fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlər Kabinetinin əvvəlki rəsmi saytı olan cabmin.gov.az domeni də fəaliyyət göstərir.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları